Membran Plazmaferezi- qanın müasir, ağrısız ve təhlükəsiz təmizlənməsi üsulu olub, tərkibində toksinlər, zərərli bioloji aktiv maddələr, zədələnmiş hüceyrələr, aterogen lipidlər və lipoproteidlər olan plazma hissəsinin birdəfəlik membran filtrindən süzülərək qandan ayrılmasına əsaslanır. 200-dən artıq xəstəliyin müalicə və profilaktikasında tətbiq edilən plazmaferez qanın təmizlənməsinin ən effektiv və unikal metodlarından biri olaraq orqanizmin sağlamlaşdırılma və cavanlaşdırılmasında, immunitetin stimulə edilməsində müvəffəqiyyətlə tətbiq edilir. Zərərli maddələrin orqanizmdən çıxarılması nəticəsində orqanizmin cavanlaşması effekti əldə edilir, dəri təmizlənir, əhval ruhiyyə yaxşılaşır və həyat tonusu artır.
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.